Press "Enter" to skip to content

Baş nazir İqtisadi Şuranı topladı

Bayraqdar.info – Oktyabrın 7-də Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın iclası keçirilib.

Xəbəri bayraqdar.info-ya Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov verib.

İclasda Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə imzalanmış Sərəncamdan irəli gələrək hazırlanmış “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın ilkin layihəsi geniş müzakirə edilib.

“İclasda 5 Milli Prioritet iqtiqamətində Strategiyanın hazırlanması məqsədilə yaradılmış Komissiyanın 10 alt işçi qrupu rəhbərlərinin görülən işlər, strateji məqsədlər, fəaliyyət istiqamətləri və qarşıda duran hədəflər barədə məruzələri dinlənilib. İqtisadi Şuranın iclasının 8 oktyabr tarixində davam etdirilməsi planlaşdırılıb”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.