Bayraqdar.info – İtaliyanın Olbia şəhərində gənc cüdoçular arasında keçirilən dünya çempionatının ikinci yarış günündə Azərbaycanın daha iki idmançısı tatamiyə çıxacaq.
Azərbaycan Cüdo Federasiyasından bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, çempionatda Nəriman Mirzəyev (73 kq) Demirel Umalt (Türkiyə), Rita Əliyeva (57 kq) isə Marta Favaz (Fransa) ilə mübarizə aparacaq.
Turnirin birinci günündə Turan Bayramov (60 kq) gümüş medal qazanıb.
Federasiyadan bildiriblər ki, oktyabrın 10-dək davam edəcək turnirə 73 ölkədən 500-dən çox cüdoçu qatılıb.