Press "Enter" to skip to content

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü istisna edilmir

Bayraqdar.info – Xəbər verildiyi kimi, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanlı həmkarı Ceyhun Bayramovla Nyu Yorkdakı görüşün ardından yeni görüşlə bağlı fikirlərini dilə gətirib. Lakin Azərbaycan tərəfi hələlik yeni görüşün olub-olmayacağı haqda dəqiq münasibət bildirmədiyi üçün cəmiyyətdə əlavə suallar yaranırdı. Bunu nəzərə alaraq Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva media üçün əlavə bilgi verib.

XİN-dən bayraqdar.info-ya oktyabrın 7-də daxil olan məlumatda deyilir:

“Bildiyiniz kimi, Azərbaycan tərəfi hər zaman dialoqa açıq olub və ölkəmiz hər hansı fikir ayrılıqlarının danışıqlar yolu ilə həllinə üstünlük verir. Münaqişə sonrası mərhələdə Ermənistan tərəfi ilə danışıqlara hazır olduğumuzu dəfələrlə bəyan etmişik.

“Biz postmünaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində məsələlərin müzakirəsini faydalı hesab edirik. Bir müddət öncə Nyu Yorkda iki dövlətin xarici işlər nazirlərinin görüşü baş tutub. Gələcəkdə də belə bir görüşün keçirilməsini istisna etmirik.

“Azərbaycan tərəfindən dəfələrlə qeyd edildiyi kimi, hazırkı mərhələdə 3 dövlətin liderləri tərəfindən imzalanmış birgə bəyanatların icrasına ciddi diqqət yetirilməlidir. Bəllidir ki, bu xüsusda bir sıra açıq məsələlər var. Hesab edirik ki, kommunikasiyaların açılışı, sərhədlərin delimitasiyası üzrə danışıqların başlaması, bölgədə dayanıqlı sülhün qurulması istiqamətində konstruktiv irəliləməyimiz üçün sağlam zəmin yarada bilər”.

Mission News Theme by Compete Themes.