Bayraqdar.info – Oktyabrın 5-də Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin 29 mart 2020-ci il, 17 mart, 5 iyun, 31 iyul 2021-ci il tarixli Sərəncamları ilə təltif edilmiş bir qrup mədəniyyət və incəsənət xadiminə mükafatların təqdimetmə mərasimi keçirilib.
Xəbər bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən oktyabrın 6-da daxil olub.
Tədbirdə mədəniyyət naziri Anar Kərimov ölkədə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə göstərilən dövlət qayğısından danışıb: “Bildiyiniz kimi, cənab Prezidentin tapşırığı ilə Mədəniyyət Nazirliyində islahatlara başlamışıq. Məqsəd mədəniyyətin inkişafında cəmiyyətin rolunun artırılmasına nail olmaqdır. Bu missiyanın gerçəkləşməsində görkəmli mədəniyyət xadimlərinin fəaliyyəti də böyük təsirə malikdir”, – deyə nazir bildirib.
Daha sonra ölkə başçısının müvafiq sərəncamları ilə “İstiqlal”, “Şərəf” ordenləri və digər fəxri adlarla təltif edilən mədəniyyət və incəsənət xadimlərinə mükafatların vəsiqə və nişanları təqdim olunub.
“”İstiqlal” ordeninə layiq görülən Xalq artisti Xuraman Qasımova sənətə gəlişi ilə bağlı xatirələrini dilə gətirib. O, bildirib ki, hələ gənc yaşlarında Milli İncəsənət Muzeyində dəfələrlə konsertləri lentə alınıb. Valideynlərinin düzgün istiqamətləndirməsi nəticəsində Fidan və Xuraman Qasımovalar hər zaman Azərbaycan mədəniyyətini bütün dünyada layiqincə təbliğ etməyə çalışıblar.
““Şərəf” ordeni ilə təltif olunan Xalq artisti Flora Kərimova ilk növbədə 80 yaşı ərəfəsində doğma yurdu Şuşanın azad edilməsindən qürur duyduğunu dilə gətirib. O, şanlı Qələbəyə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını ifadə edib, yaradıcılığına olan diqqətə görə, xalqının sevgisinə görə təşəkkürünü bildirib.
“Akademik Rus Dram Teatrı aktyorlarına mükafatlar təqdim olunan zaman “Xalq artisti” fəxri adını alan aktyor Fuad Osmanov özünün bir aktyor kimi yetişib bu məqama çatmasında əməyi olan əziz kollektivinə minnətdar olduğunu deyib.
“3-cü dərəcəli “Əmək” ordeni, “Tərəqqi” medalı, “Əməkdar artist”, “Əməkdar mədəniyyət işçisi” fəxri adları alan teatr kollektivi fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.” Xəbər bu sözlərlə bitir.