Press "Enter" to skip to content

Türk Ədliyyə Akademiyaları Birliyi qurulur

Bayraqdar.info – Türk Keneşinə üzv dövlətlərin ədliyyə akademiyalarının təmsilçiləri oktyabrın 5-də Ankarada ilk toplantılarını keçiriblər.

Xəbəri Türk Keneşi yayıb.

Türkiyə Ədliyyə Akademiyasının ev sahibliyində keçirilən toplantıya üzv dövlətlərin ədliyyə akademiyaları və ədliyyə təhsil qurumlarının təmsilçiləri qatılıb.

Açılışda Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran, ədliyyə nazirinin müavini Hasan Yılmaz, Türk Keneşi Baş katibinin müavini Mirvohid Azimov və Türkiyə Ədliyyə Akademiyasının başqanı Muhittin Özdemir üzv dövlətlərin sözügedən sahədə işbirliyi haqqında fikirlərini paylaşıblar.

Qatılımçılar toplantı boyu qurumların fəaliyyətinə aid bilgi alış-verişi edərək ədliyyə sahəsində təhsildə ortaq strategiya və işbirliyi yollarının bəlirlənməsi mövzusunda məsləhətləşmələr aparıblar.

Sonda qeyd olunan sahədə üzv dövlətlərin işbirliyini daha keyfiyyətli bir şəkildə qurmaq üçün Türk Keneşinin çatısı altında Türk Ədliyyə Akademiyaları Birliyinin qurulması yönündə ortaq fikrə gəliblər.

Mission News Theme by Compete Themes.