Bayraqdar.info – Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin Əliabad meşəbəyliyinin ərazisində ağacların qanunsuz kəsilməsi barədə daxil olmuş material əsasında rayon Prokurorluğunda araşdırma aparılıb.
Bu barədə bayraqdar.info-ya oktyabrın 6-da Baş Prokurorluqdan məlumat verilib.
“Araşdırmalar zamanı məlum olub ki, Zaqatala RMTM-nin Əliabad meşəbəyliyinin meşəbəyi Fazil Cumayev 2021-ci il may ayının əvvəllərində Əliabad meşəbəyliyinin 7 saylı dolayının 16-cı kvartalında yerləşən 11 ədəd müxtəlif növ ağacı meşə gözətçisinin xəbəri olmadan kəsib. Nəticədə təbiətə 8 min 792 manat məbləğində maddi ziyan dəyib. Rayon prokurorluğu tərəfindən Fazil Cumayev barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.” Məlumatda belə bildirilir.