Press "Enter" to skip to content

71 nəfərin diplomunun tanınmasından imtina edilib

Bayraqdar.info – Təhsildə Keyfiyyət Təminatı Agentliyi sentyabr ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb. Ay üzrə 310 müraciətçinin 239-u barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 71 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Xəbər bayraqdar.info-ya oktyabrın 6-da Təhsil Nazirliyindən verilib.

“Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 30, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 19, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 12, digər səbəblər üzrə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

“Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyədən 101, Rusiyadan 80, Ukraynadan 61, Gürcüstandan 18, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 8, digər ölkələrdən isə 42 müraciətin olduğu müşahidə olunur.

“Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 37, iqtisadiyyat üzrə 28, tibb üzrə 22, biznesin idarə edilməsi üzrə 18, menecment üzrə 11 nəfər müraciətçi qeydə alınıb”, – deyə xəbərdə bildirilir.

Nazilrik qeyd edir ki, sənədlərə ortalama baxılma müddəti 22 gün təşkil edib.

Mission News Theme by Compete Themes.