Press "Enter" to skip to content

Zaqatalada payızlıq dən bitkilərinin səpini

Bayraqdar.info – Zaqatala rayonunda gələn ilin məhsulu üçün 11 min hektaradək sahədə payızlıq dən bitkilərinin səpini proqnozlaşdırılır. Bu məqsədlə indiyədək 5 min 250 ha sahədə şum aparılıb və bu iş davam etdirilir. Artıq rayonun bəzi ərazilərində arpa səpininə başlanılıb.

Bu barədə xəbər bayraqdar.info-ya oktyabrın 5-də Kənd Təsərrüfatı Nazirliyindən verilib.

Xəbərdə bildirilir ki, indiyədək Əliabad qəsəbəsinin, Muğanlı, Bəhmətli, Yengiyan, Kəpənəkçi, Dağlı, Lahıc, Üçüncü Tala kəndlərinin ərazilərində 545 ha sahəyə arpa toxumu səpilib. Payızlıq dən bitkilərinin səpini üçün rayonda fəaliyyət göstərən toxumçuluq təsərrüfatları tərəfindən indiyədək 1 min 8 yüz ton yüksək reproduksiyalı toxum fondu yaradılıb. Ayrılmış buğda və arpa toxumu təmizlənərək dərmanlanıb və səpinə hazır vəziyyətə gətirilib. Eyni zamanda, fermerlər səpin üçün lazım olan keyfiyyətli toxumları digər toxumçuluq təsərrüfatlarından da ala biləcəklər.

Rayon üzrə səpin kampaniyasına 200-dək traktor və toxumsəpən aqreqat cəlb edilib.

Mission News Theme by Compete Themes.