Bayraqdar.info – Gürcüstanda rəsmi səfərdə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 5-də bu ölkənin müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb.
Xəbər bayraqdar.info-ya oktyabrın 5-də Müdafiə Nazirliyindən verilib.
Xəbərdə bildirilir ki, görüşdə ölkələr arasında hərbi əməkdaşlığın müxtəlif sahələri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
“Regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər ölkələrin ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsinin vacibliyini qeyd edərək ikitərəfli hərbi əməkdaşlığın inkişafının bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyini bildirib.
“General-polkovnik Z.Həsənov Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Gürcüstan tərəfinə dərin təşəkkürünü bildirib.
“Gürcüstanda keçirilən “Eternity-2021” kompüter dəstəkli üçtərəfli birgə komanda-qərargah təliminin keçirilməsinin ölkələr arasında dostluğun və sarsılmaz əməkdaşlığın bariz nümunəsi olduğu bir daha diqqətə çatdırılıb.
“Görüşün sonunda Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planı imzalanıb. Müdafiə sahəsi üzrə əməkdaşlığın genişlənməsinin ölkələr arasında münasibətlərin daha da dərinləşməsinə və inkişafına töhfə verəcəyi qeyd olunub”, – deyə xəbərdə bildirilir.