Press "Enter" to skip to content

“Zəfər ilinin müəllimi” layihəsinə başlanılır

Bayraqdar.info – Təhsil Nazirliyi “Zəfər ilinin müəllimi” adlı layihəyə başlayır. Layihə bu ilin sonunadək davam edəcək.

Bu barədə bayraqdar.info-ya oktyabrın 5-də Nazirlikdən xəbər verilib.

“Sözügedən layihə çərçivəsində Nazirliyin internet resurslarında 44 günlük Vətən müharibəsində döyüşən, o cümlədən şəhid olan müəllimlər haqqında posterlərin, yazı, müsahibə, videosüjetlərin hazırlanaraq #ZəfərİlininMüəllimi həştəqi altında yayımı nəzərdə tutulur.

“Bundan əlavə, hər kəs layihəyə uyğun olaraq sosial şəbəkələrdə #ZəfərİlininMüəllimi həştəqi altında müvafiq paylaşımlar edə bilər”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.