Press "Enter" to skip to content

Tehran rejimi Güney Azərbaycanlı jurnalisti həbs etdi

Bayraqdar.info – Şərqi Azərbaycanın Kəleybər şəhərindən olan jurnalist və sosial media fəallı Əbülfəz Purhüseynqulu 29 sentyabr tarixində İranın təhlükəsizlik məmurları tərəfindən iş yerində saxlanılıb

Onun həbsi ilə bağlı xəbər bir neçə gün sonra yayılıb.

Jurnalistin nədə ittiham olunduğu və harada saxlanıldığı barədə məlumat əldə etmək mümkün olmayıb.

Bundan sonra sentyabrın 30-da Güneyli fəal və incəsənət müəllimi, fotoqraf Arəş Şadmənd də təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Ehtimal edilir ki, hər iki fəalın saxlanılmasının səbəbi Əhər şəhərində “Bəsic” qüvvələrinə bağlı bir müəllimin 5 məktəbliyə təcavüz etməsi barədə xəbəri yaymaları olub.

Onlar bu barədə idarə etdikləri sosial media şəbəkəsində məlumat yayaraq günahkarın cəzalandırılmadığını bildirmişdilər.

Ötən cümə günü Kəleybər şəhərinin cümə imamı Seyid Səid Rəşadi də öz çıxışında adı çəkilən məsələ ilə bağlı sosial şəbəkə fəallarını “islam müqəddəslərini təhqir etmək”də günahlandırıb və onların cəzalandırılmalarını tələb edib.

Qaynaq: GünAz.TV

Mission News Theme by Compete Themes.