Bayraqdar.info – Oktyabrın 5-də “Azəriqaz” İB-nin rəhbəti Ruslan Əliyev sosial şəbəkələr üzərindən açıqlama verib. Açıqlamasında bildirib ki, hər zaman qazi və şəhid ailələrinin müraciətlərini diqqətdə saxlayır və onların qayğıları ilə maraqlanır.
“Vətən müharibəsi qazisi Natiq Orucov bizə müraciət edərək Yaşıldərə adlanan yaşayış massivində ona məxsus fərdi yaşayış evinin qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsini xahiş etmişdi. Dərhal bu müraciətə cavab verdik, qısa zamanda qazinin müraciəti müsbət istiqamətdə həllini tapdı.
“Həmçinin, Yaşma bağları, Kimyaçı küçəsi, ev 318-də yaşayan şəhid ailəsi də diqqətimizdən kənarda qalmayıb. Şəhidin qardaşı Zahir Quliyev ona məxsus həyətyanı sahənin qarşısından keçən aşağı təzyiqli qaz xəttinin 4 metr hündürlüyə qaldırılmasını xahiş edib. Tapşırığıma əsasən operativ olaraq şəhid ailəsinin müraciəti təmin edilib”, – deyə o, bildirib.