Bayraqdar.info – Qırğızıstan Prezidenti Sadır Caparovun tapşırığıyla Böyük və Kiçik Pamir (Əfqanıstan) ərazisində yaşayan etnik qırğızlara humanitar yardım çatdırılıb.
Bu haqda xəbəri bayraqdar.info-ya oktyabrın 5-də Prezidentin Administrasiyasından veriblər.
Bəlli olduğu kimi, Pamir qırğızları sərt təbii iqlim şərtlərində, yüksək dağlıq ərazidə yaşayırlar və burada qış soyuqları olduqca tez başlayır.
Xəbərdə deyilir ki, Pamir qırğızları üçün 55 ton un, 14 ton düyü, 7 ton makaron, 4 min litr duru yağ, 5 ton duz, 10 ton şəkər alınıb. Bu da onların qış mövsümünü tam olaraq başa vura bilmələri üçün yetərlidir.
Humanitar yükün təyinat məntəqəsinə çatdırıldığı və əhali arasında bölüşdürüldüyü də xəbər verilir.