Press "Enter" to skip to content

Prezidentliyə namizəd Qarabağı tanımağa çağırış edib

Bayraqdar.info – Fransa paytaxtı Parisin meri Ann Hidalgo sosial media paylaşımı edərək ölkəsinin “Dağlıq Qarabağ Respublikası”nı tanıya biləcəyi fikri ilə razı olduğunu ifadə edib. O, bu fikirlərini özünün antitürk və antimüsəlman mövqeyi ilə tanınan filosof, yazıçı Bernar Henri Levinin bir il öncəyə aid yazısını paylaşaraq əlavə edib.

Əlavə edək ki, A.Hidalgo Paris meri olmaqla bərabər Fransa prezidentliyinə də iddialıdır. Belə anlaşılır ki, o, öz siyasi karyerasında bundan sonra da ermənilərin dəstəyini almağı hədəfləyir. Əks təqdirdə durub-durduğu yerdə niyə bitmiş bir məsələ üzərindən belə ucuz gediş etsin ki?

Yeri gəlmişkən, A.Hidalgo ispan əsillidir. 2014-cü ildə ilk dəfə, 2020-ci ildə isə ikinci dəfə Parisin ilk qadın meri olaraq seçilib. O, 2022-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkisində Sosialist Partiyasının namizədi olaraq iştirakını elan edib.

Mission News Theme by Compete Themes.