Press "Enter" to skip to content

Mərkəzi Elmi Kitabxananın əlaqələri Moldova mətbuatında

Bayraqdar.info – “Xəbər verdiyimiz kimi, AMEA Mərkəzi Elmi Kitabxanası ilə Moldova Respublikasının A.Lupan Elmi Kitabxanası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

“Azərbaycanın Moldovadakı səfiri Qudsi Osmanovun dəstəyi, MEK-in baş direktoru, professor Məmməd Əliyevin təşəbbüsü ilə beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən bu müsbət addım Moldova mətbuatında işıqlandırılıb. Moldovanın noi.md, “Блокнот Молдова” saytları rus və moldovan dillərində bu barədə ətraflı məlumat yayıb.

“İnanırıq ki, bu müqavilə hər iki kitabxananın bir-biri ilə fəal əməkdaşlığını yüksələn xətlə inkişaf etdirəcək.”

Xəbər oktyabrın 5-də bayraqdar.info-ya AMEA MEK-in İctimiayyətlə əlaqələr və informasiya şöbəsindən verilib.

Mission News Theme by Compete Themes.