Press "Enter" to skip to content

Azərbaycan, Gürcüstan və Türkiyə nazirlərinin mətbuat konfransı

Son yeniləmə: 5 Oktyabr 2021 17:36

Bayraqdar.info – Oktyabrın 5-də Gürcüstanın Kaxeti bölgəsində Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin birgə mətbuat konfransı keçirilib.

Xəbər bayraqdar.info-ya Müdafiə Nazirliyindən verilib.

“Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze bəyanatla çıxış edib.

“Azərbaycanın müdafiə naziri, general-polkovnik Z.Həsənov ölkələrin və xalqların mehriban qonşuluq və yaxın dostluq münasibətlərinin önəminə toxunub.

“Gürcüstanda keçirilən üçtərəfli görüşün ölkələr arasında strateji səviyyəli dialoqun bariz nümunəsi olduğunu qeyd edən nazir, birgə təlimlərin üçtərəfli fəaliyyətlərimizin yeni mərhələyə keçməsinə zəmin yaradacağını və nəticədə regional təhlükəsizliyə öz töhfəsini verəcəyini bildirib.

“Gürcüstanın müdafiə naziri C.Burçuladze keçirilən görüşün əhəmiyyətini vurğulayaraq, bu ölkənin üçtərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirdiyini qeyd edib.

“Türkiyənin müdafiə naziri H.Akar ölkələr arasında mövcud dostluq münasibətlərinin daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib.

“Konfransda dövlətlər arasındakı səmimi münasibətlərin və müdafiə sahəsi üzrə üçtərəfli əməkdaşlığın regionda sülh və əmin-amanlığın təminatçısı və nümunəvi tərəfdaşlıq olduğu qeyd edilib.”

Xəbərdə belə deyilir.

Mission News Theme by Compete Themes.