Press "Enter" to skip to content

Azərbaycan-Belarus işçi qrupunun iclası keçirilib

Bayraqdar.info – Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi və Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində Azərbaycan-Belarus işçi qrupunun 1-ci iclası keçirilib.

Bu barədə bayraqdar.info-ya oktyabrın 5-də Nazirlikdən bildirilib.

Xəbərdə qeyd edilib ki, onlayn iclasda Azərbaycan tərəfdən işçi qrupun həmsədri, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Belarus tərəfdən işçi qrupun həmsədri, kənd təsərrüfatı və ərzaq nazirinin müavini İqor Brılo, hər iki ölkənin müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak edib.

“Tədbirdə Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyi, aqrar sahədə aparılan islahatlar, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi, aqrar xidmətlərin elektronlaşdırılması barədə görüş iştirakçılarına ətraflı məlumat verilib. Onlayn iclasda Azərbaycanın aqrar sektorunun perspektivləri, hökumətin aqrar sahədə prioritetləri, eləcə də bu sahədə modernləşmə, ixracın inkişafı və kənd təsərrüfatına maliyyə dəstəyi ətrafında fikir mübadiləsi aparılıb.

“Həmçinin, Azərbaycan və Belarus arasında kənd təsərrüfatında hazırki vəziyyət, eləcə də qlobal pandemiyanın bu sektora təsiri barədə müzakirələr aparılıb.

“Tədbirdə Azərbaycan və Belarus arasında aqrar sahədə texnologiya transferi və birgə pilot layihələrin həyata keçirilməsi müzakirə edilib. Kənd təsərrüfatı məhsullarının idxal-ixrac dövriyyəsinin artırılması, ölkədə aqrar sahəyə investisiyaların cəlbi, bitkiçilik, toxumçuluq, heyvandarlıq və baytarlıq, kənd təsərrüfatı təhsili, qida təhlükəsizliyi sənayesi sahələrində əməkdaşlıq məsələlərinə toxunulub. Həmçinin, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının yenidən qurulması və inkişafı prosesində Belarusun iştirakı məsələləri ətrafında müzakirələr aparılıb. Vurğulanıb ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensial var”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.