Bayraqdar.info – Oktyabrın 4-də Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə bu ölkəyə səfərə gəlib.
Xəbəri Özbəkistan Prezidentinin Mətbuat xidməti yayıb.
Xəbərdə deyilir ki, Özbəkistan Prezidenti ali qonağı İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında şəxsən qarşılayıb.
İki dövlət rəhbəri bundan sonra “Müstəqillik” meydanına təşrif buyurub. Burada Türkmənistan Prezidenti “Müstəqillik və azadlıq” abidəsi önünə gül çələngi qoyub.
O da bildirilir ki, iki ölkə rəhbərinin əsas müzakirələri oktyabrın 5-də Daşkənddəki Köksarayda keçiriləcək.