Bayraqdar.info – Xəbər verdiyimiz kimi, Güney Azərbaycanın siyasi təşkilatları son zamanlar İranın Azərbaycan Respublikasına qarşı artan təxribatlarına, sözdə İslam Cümhuriyyətinin təcavüzkar Ermənistana qucaq açmasına sərt reaksiya verərək ortaq açıqlama yayınlamışdılar.
Bayraqdar.info-ya bununla bağlı yeni bilgilər daxil olub. Bildirilir ki, ortaq açıqlama yayan Güney Azərbaycan qurumlarının təmsilçiləri onlayn ortamda bir araya gələrək oktyabrın 2-də İrana əlavə təpki veriblər. Çıxışlardan bir daha bəlli olur ki, İranın əməlləri nəticədə onun öz başına bəla olacaq. Çünki Güney təmsilçiləri birmənalı şəkildə o ölkənin zərərli siyasətini rədd edərək xəbərdarlıq səsləndirirlər.
Oxucularımız üçün də maraqlı olacağını nəzərə alaraq Güneylilərin müraciətlərini təqdim edirik.