Press "Enter" to skip to content

Azad olunmuş ərazilərdəki abidələrin vəziyyəti

Bayraqdar.info – BMT-nin “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”ı üzrə Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı dördüncü dövrü məruzəsinin təqdimatı onlayn formatda təşkil olunub.

Sözügedən iclasda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli iştirak edib.

Nazirlikdən bayraqdar.info-ya oktyabrın 4-də bu haqda məlumat daxil olub.

Məlumatda qeyd edilir ki, tədbirdə çıxış edən Dövlət Xidmətinin rəisi Azad Cəfərli Ermənistanın işğalı nəticəsində Azərbaycanın humanitar, iqtisadi və mədəni irsinin dağıdılması kimi böyük fəlakətlə üzləşməsi haqqında ətraflı məlumat verib. O, vurğulayıb ki, işğal nəticəsində tarixi abidələrin, mədəni irs obyektlərinin əksəriyyəti dağıdılaraq yer üzündən silinib.

Mission News Theme by Compete Themes.