Son yeniləmə: 4 Oktyabr 2021 10:12
Bayraqdar.info – Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər və Bərdə rayonlarında səfərdə olub.
Bu barədə Prezidentin Mətbuat xidməti oktyabrın 3-də məlumat yayıb.
Məlumatda deyilir ki, dövlət başçısı Tərtər şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Daha sonra o, Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib.
“Prezident İ.Əliyev Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoyub.
“Ölkə başçısı bundan sonra Tərtər rayonunun Talış kəndində və Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldıb. Prezident Talış kəndində ermənilər tərəfindən dağıdılmış alban-udi və provaslav kilsələrində olub.
“Daha sonra o, “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışını edib.
“Prezident İ.Əliyev Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin “Smerç” raketləri ilə hücumu nəticəsində Tərtər şəhərinin sakini Sahib İsmayılovun dağılmış evinə baxıb və onun yerinə inşa edilən yeni evdə yaradılan şəraitlə tanış olub. O, rayon mərkəzində Ermənistan silahlı birləşmələri tərəfindən Tərtər rayonuna müxtəlif tipli reaktiv yaylım atəşi sistemləri və artilleriya qurğularından atılmış mərmilərə baxıb.
“Daha sonra Bərdə rayonuna gələn dövlət rəhbəri İ.Əliyev ulu öndər H.Əliyevin Bərdə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. O, Bərdə Peşə Liseyinin açılışında iştirak edib”, – deyə məlumatda bildirilir.
Mətbuat xidməti qeyd edir ki, səfərdən geniş reportaj oktyabrın 4-də təqdim olunacaq.