Press "Enter" to skip to content

Sivas Universitetində şəhid və qazi övladlarıyla görüş

Son yeniləmə: 2 Oktyabr 2021 12:08

Bayraqdar.info – Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfıratın dəstəyi ilə yaradılan “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platforması uğurla davam edir. Kampaniya çərçivəsində Türkiyənin Sivas Cümhuriyyət Universitetində təhsil almaq üçün qardaş ölkəyə yola salınan şəhid və qazi ailələrinin övladlarını artıq Universitetin rektoru Prof. Alim Yıldız qəbul edib.

Bu barədə bayraqdar.info-ya millət vəkili R.Həsən məlumat verib.

Bildirilib ki, rektor onlara təhsildə uğurlar arzulayıb və bütün şəhidlərə Allahdan rəhmət, qazilərə isə acil şəfalar diləyib.

“Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platforması adından qardaşlıq əlaqələrinin daha da güclənməsinə töhfə verdiyinə, eyni zamanda Qarabağ Zəfər savaşında şəhid və qazi olmuş ailələrin övladlarına dəstəklərini əsirgəmədikləri üçün rektor prof. Alim Yıldıza və universitet kollektivinə dərin təşəkkür edir, çox sağ olun deyirik”, – deyə millət vəkili sonda əlavə edib.

Mission News Theme by Compete Themes.