Press "Enter" to skip to content

Prezident İlham Əliyevdən keçmiş təhsil nazirinə yüksək diqqət

Son yeniləmə: 2 Oktyabr 2021 20:25

Bayraqdar.info – Prezident İlham Əliyev keçmiş təhsil naziri Misir Mərdanovu təltif etməklə bağlı Sərəncam imzalayıb.

Prezidentin Mətbuat xidmətinin bununla bağlı yaydığı xəbərdə deyilir ki, M.Mərdanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə uzunmüddətli səmərəli fəaliyyətinə görə Misir Cumail oğlu Mərdanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.” Bu sözlər Prezident İ.Əliyevin imzaladığı Sərəncamda qeyd edilib.

Əlavə edək ki, hazırda AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru olan M.Mərdanov 1998-2013-cü illərdə təhsil naziri vəzifəsində işləyib. Ona qədərsə Bakı Dövlət Universitetinin rektoru olmuşdur – 1996-1998.

M.Mərdanov AMEA-nın müzbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professordur. O, Ulu Öndər Heydər Əliyevin etimad göstərdiyi ciddi kadrlardan biri kimi qəbul edilir.

Oktyabrın 3-də 75 yaşı tamam olacaq M.Mərdanov 1946-cı ildə Qərbi Azərbaycanda anadan olub.

 

Mission News Theme by Compete Themes.