Press "Enter" to skip to content

Vasif Talıbov Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə

Bayraqdar.info – Sentyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə milli müdafiə nazirinin müavini Muhsin Derenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə bayraqdar.info-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

“Ali Məclisin sədri nümayəndə heyətini Naxçıvanda görməkdən məmnunluğunu bildirib. Ölkələr arasındakı hərbi əməkdaşlıqdan bəhs edib. Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında ordu quruculuğu sahəsində görülən işləri və həyata keçirilən hərbi təlimləri diqqətə çatdıran V.Talıbov Naxçıvanda müdafiə təhlükəsizliyinin təmin olunduğunu bildirib. O, II Qarabağ müharibəsində Türkiyə dövlətinin siyasi dəstəyini qeyd edib.

“V.Talıbov ümummilli lider Heydər Əliyevin və Mustafa Kemal Atatürkün əsasını qoyduğu Azərbaycan-Türkiyə əlaqələrinin ölkə Prezidentləri tərəfindən uğurla davam etdirildiyini və strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu bildirib. O, Qars müqaviləsi və Şuşa bəyannaməsinin bu mənada əhəmiyyətini vurğulayıb.

“Göstərilən səmimi münasibətə və nümayəndə heyəti ilə görüşə görə minnətdarlıq edən Türkiyə milli müdafiə nazirinin müavini M.Dere Vətən müharibəsində qazanılan tarixi qələbə münasibətilə təbriklərini çatdırıb, şəhidlərin xatirəsinə ehtiramını bildirib. Qonaq ölkələr arasındakı əlaqələrin tərkib hissəsi olaraq ordu quruculuğu sahəsində görülən işlərin vacibliyini vurğulayıb, Naxçıvanın mühüm strateji və coğrafi əhəmiyyətinə toxunub”, – deyə məlumatda bildirilib.

Mission News Theme by Compete Themes.