Bayraqdar.info – Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində tədbir keçirilib.
Məlumat bayraqdar.info-ya oktyabrın 1-də Müdafiə Nazirliyindən verilib.
“Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
“Anım tədbirində şəhidlərin ailə üzvləri və yaxınları, məktəbin müəllim, zabit və kursantları iştirak ediblər.
“Tədbirdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfər haqqında geniş məlumat verilib. Şanlı qələbənin qazanılmasında Hərbi Məktəbin zabit və kursantlarının əvəzsiz rolu olduğu xüsusi vurğulanıb. Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsi olduğu qeyd edilib.
“Sonda H.Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi vətənpərvərlik mövzusunda musiqili kompozisiya ilə çıxış edib”, – deyə məlumatda bildirilir.