Bayraqdar.info – Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə oktyabrın 1-də saat 15:00-da “Art Management” layihəsi çərçivəsində “Müəllif hüquq qanunvericiliyi haqqında” mövzusunda vebinar keçiriləcək.
Xəbər Dövlət Rəsm Qalereyasından oktyabrın 1-də bayraqdar.info-ya bildirilib.
“Layihə çərçivəsində baş tutacaq təlim Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Müəllif-hüquq obyektlərinin qeydiyyatı və hüquq ekspertizası şöbəsinin müdiri Nadirə Bədəlbəyli tərəfindən reallaşacaq.
“Qeyd edək ki, “Art Management” layihəsinə yaradıcı şəxslərin bu sahə üzrə hazırlıq səviyyəsini yüksəltmək, mövcud çatışmazlıqları vaxtında aşkar edərək tədbirlər görmək, proseslərin inkişafı üçün yeni bilgi və təcrübə mübadiləsi platformasını yaratmaq məqsədilə başlanılıb.
“Layihə çərçivəsində baş tutan vebinarlar barədə məlumatları Qalereyanın rəsmi saytı, Facebook və Instagram sosial media hesablarından izləmək mümkündür”, – deyə xəbərdə qeyd edilir.