Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar Türkiyənin Lefkoşadakı səfiri Ali Murat Başçeri və müşavirlərini qəbul edib.
Xəbər bayraqdar.info-ya oktyabrın 1-də KKTC Cümhurbaşqanlığından daxil olub.
Görüş zamanı E.Tatar bir müddət öncə Nyu Yorka etdiyi səfər, burada Türk Evinin açılışında iştirakı haqqında danışıb. O, qeyd edib ki, Türk Evinin 13-cü mərtəbəsi KKTC üçün ayrılıb.
Cümhurbaşqanı Nyu Yorkda şəxsinə və heyətinə göstərilən diqqətdən qürur duyduğunu deyib. Əlavə edib ki, orada olarkən KKTC vətəndaşlarıyla də görüşmə imkanı olub.
“Türkiyə ilə KKTC ətlə dırnaq kimidir. Bu mücadilədə KKTC-yə verdikləri dəstək və bu anda ortaya qoyduğumuz yeni siyasətlə yan-yana yaşayan egemen bərabər iki dövlətin işbirliyi ilə Kıbrısda bir anlaşma ola biləcəyini vurğuladığımızda Türkiyədən aldığımız güc bizi məmnun etməkdədir”, – deyə E.Tatar bildirib.
KKTC rəhbəri daha sonra davam edib: “BMT Baş Məclisində Recep Tayyip Erdoğanın öz çıxışında “buraya Kıbrıs rum lideri gəlib çıxış edə bilir, amma Kıbrıslı türk lider edə bilmir. Bu necə bir ədalətdir” deməsi və Kuzey Kıbrısdakı yeni siyasətin də Türkiyənin dəstəyi ilə olduğunu söyləməsi Türkiyənin hər şərtdə yanımızda olduğunun göstəricisidir. Rum-yunan ilişkisinin Türkiyəyə qarşı ortaya qoyduğu qəbul edilməz siyasət, Doğu Ağdənizin artan statusu və milli mənfəətlərimiz baxımından KKTC-nin daha da güclənməsilə birlikdə Kıbrıs türk xalqının verdiyi mücadilənin taclandırılması anlamında görüləcək olan xidmətləri təqdir edirəm”.