Press "Enter" to skip to content

BMT Uşaq Fondunun Azərbaycandakı nümayəndəsi ilə görüş

Bayraqdar.info – Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev BMT Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinə yeni təyin olunmuş rəhbər Aleks Haykens ilə görüşüb.

Xəbər bayraqdar.info-ya oktyabrın 1-də Səhiyyə Naziliyindən verilib.

“Görüşdə tərəflər aparılan əməkdaşlığın uğurlu olmasını qeyd edərək gələcəkdə də bu istiqamətdə səylər göstəriləcəyini vurğulayıb. Həmçinin 2022-ci il üzrə prioritet əməkdaşlıq istiqamətləri müzakirə edilib.

“Eyni zamanda, ölkədə ilkin səhiyyə xidmətlərinin genişləndirilməsi, eləcə də ana və uşaq sağlamlığının gücləndirilməsi, uşaqlarda inkişaf problemləri və əlilliyin erkən aşkarlanması barəsində müzakirə keçirlib. Erkən müdaxilə xidmətlərinin tətbiqi, evə gedişlər (patronaj) və xüsusən həssas qruplar üçün nəzərdə tutulan normativ bazasınn təkmilləşdirilməsi barəsində fikir mübadiləsi aparılıb”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.