Press "Enter" to skip to content

Təqaüd proqramına qoşulan müəssisələrin sayı artıb

Bayraqdar.ino – Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən elan edilən təqaüd proqramına “Code Academy” də qoşulub. Bununla da layihəyə qoşulan tərəfdaşların sayı “Code and More”, İsrail – Azərbaycan Təlim Mərkəzi, “Tech Academy” və “İKT LAB”la birlikdə beşə çatıb.

Bu barədə bayraqdar.info-ya Nazirlikdən məlumat verilib.

“Təqaüd proqramı çərçivəsində “Code Academy”də “Microsoft” təməlli və “Front-end” proqramlaşdırma, eləcə də “UI/UX” dizayn üzrə bilik və bacarıqlara yiyələnmək mümkündür. Bu istiqamətlər üzrə peşə sahibi olmaq istəyən tələbələr və ali təhsil müəssisələrini bitirən şəxslər proqramdan yararlana bilərlər.

“Proqrama qoşulan digər təhsil müəssisələrində təqaüd çərçivəsində informasiya texnologiyalarının daha bir neçə istiqaməti üzrə təlimlərə qatılmaq mümkündür. Belə ki, İsrail – Azərbaycan Təlim Mərkəzində “UI/UX” ilə yanaşı, “Full Stack” proqramlaşdırma, “QA automated”, IOS üçün mobil proqramlaşdırma, “İKT LAB”da bulud inzibatçılığı, Java proqramçı, kibertəhlükəsizlik, “Tech Academy”də “Full Stack Python” və “JavaScript” veb-proqramlaşdırılması istiqamətləri üzrə təlimlər təşkil olunacaq. Adıçəkilən təhsil müəssisələrində proqram üzrə kurslara oktyabrın 15-dən noyabrın əvvəlinədək başlanacaq.

“Bunlardan əlavə, proqram çərçivəsində tələbə qəbulunu bitirən “Code and More”da oktyabrın 4-dən etibarən avtomatika, elektronika, uşaq elektronikası və bulud mühəndisliyi üzrə tədrisə başlanılacaq”, – deyə məlumatda qeyd edilir.

Mission News Theme by Compete Themes.