Bayraqdar.info – Sentyabrın 30-da Prezident İlham Əliyev Ağabəy Məmməd oğlu Əsgərovun “Azərbaycan” Nəşriyyatının baş direktoru vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzalayıb.
Bu barədə Prezidentin Mətbuat xidməti xəbər yayıb.
Qeyd edək ki, A.Əsgərov 2005-ci ildən Nəşriyyatın baş direktoru vəzifəsində işləyib.
Son vaxtlar onun fəaliyyəti hətta Az.TV səviyyəsində ciddi tənqidlərə məruz qalırdı. Cəmiyyətdə “reket jurnalist” kimi tanınan şəxslərin məhz Nəşriyyatda rahat-rahat işləməsi də əlavə suallara səbəb olurdu. Üstəlik, binanın uzun illərdir acınacaqlı durumda olması, ayrı-ayrı hissələrinin uyğunsuz şəxslərə və xidmətlərə icarəyə verilməsi də cəmiyyətdə birmənalı qarşılanmırdı. Görünür, ölkə rəhbəri həm də bu halları nəzərə alaraq onu vəzifəsindən azad edib.