Press "Enter" to skip to content

İlham Əliyev Çexiyanın xarici işlər nazirini qəbul edib

Bayraqdar.info – Sentyabrın 30-da Prezident İlham Əliyev Çexiyanın xarici işlər naziri Yakub Kulhaneki qəbul edib.

Məlumatı sentyabrın 30-da Prezidentin Mətbuat xidməti yayıb.

“Görüş zamanı 2015-ci ildə Azərbaycan və Çex respublikaları arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədən irəli gələn əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsinin vacibliyi vurğulanıb. Qeyd edilib ki, Çex Respublikasının xarici işlər naziri Yakub Kulhanekin Azərbaycana səfəri münasibətlərin perspektivlərinin nəzərdən keçirilməsi, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, ticarət, iqtisadiyyat, investisiya qoyuluşu, nəqliyyat, enerji sahələrində əlaqələrin inkişaf etdirilməsi, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradır.

“Yakub Kulhanek Çex Respublikası əsgərlərinin Əfqanıstandan təxliyə edilməsi işində Azərbaycanın göstərdiyi köməyə görə minnətdarlığını bildirib”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.