Bayraqdar.info – Mədəniyyət Nazirliyi teatr təhsili sahəsində islahatların aparılması, kadr potensialının yüksəldilməsi məqsədilə “Gənc teatr prodüserləri üçün laboratoriya” layihəsinə başlayır.
Bu barədə sentyabrın 30-da bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən bildiirlib.
Nazirliyin Rusiya Dövlət Teatr Sənəti İnstitutu (RDTSİ) ilə birgə təşkil etdiyi prodüserlər üçün laboratoriya Azərbayanda teatr menecmentinin və prodüserlik strukturunun inkişafı, teatr idarəetməsi sahəsində gənc nəslin bilik və bacarıqlarının artırılması məqsədini qarşıya qoyur.
“Qeyd edək ki, laboratoriya Nazirliyin strateji hədəflərə istiqamətlənmiş silsilə layihələrinin davamıdır.
“Yarat Müasir İncəsənət Məkanında təşkil ediləcək laboratoriyada teatr təhsili sahəsində dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan RDTSİ-nin prodüserlik sahəsi üzrə zəngin təcrübəyə malik pedaqoqları Yelena Simurzina, Aleksandra Knyazeva, Elşən Məmmədov müasir teatr menecmenti və prodüserlik fəaliyyəti ilə bağlı bilik və bacarıqlarını bölüşəcəklər. Menecment və prodüserlik sahəsinə maraq göstərən gənclərə laboratoriyada pulsuz iştirak etmək imkanı yaradılır”, – deyə xəbərdə bildirilir.
Nazirlik qeyd edir ki, təlimlərə qoşulmaq istəyənlərin çoxluğunu nəzərə alaraq müraciət müddəti 15 oktyabr tarixinədək uzadılıb, tədbir 24-31 oktyabr tarixlərinə keçirilib.