Press "Enter" to skip to content

ABŞ Çinin milli bayramını cəmi iki cümlə ilə təbrik etdi

Bayraqdar.info – Oktyabrın 1-də Çin Xalq Respublikasının qurulmasının 72-ci ildönümüdür. Bu münasibətlə ABŞ Dövlət katibi Entoni Blinken çin xalqına iki cümləlik təbrik ünvanlayıb.

ABŞ Dövlət Departamentindən sentyabrın 30-da bayraqdar.info-ya verilən xəbərə görə, təbrikdə deyilir:

“Amerika Birləşmiş Ştatları adından oktyabrın 1-də Milli Gününü qeyd etməsi münasibətilə Çin Xalq Respublikasının xalqına təbriklərimizi çatdırmaq istərdim. Necə ki, Birləşmiş Ştatlar bizim hamımızın üzləşdiyi problemləri həll etmək üçün birlikdə işləməyə çalışır, biz ÇXR xalqına gələn il də sülh, xoşbəxtlik və zənginlik arzu edirik”.

Maraqlıdır ki, E.Blinken eyni gündə xəritədə belə diqqət çəkməyən Palau və Tuvalu dövlətlərinin də məhz oktyabrın 1-də qeyd ediləcək Milli günlərini təbrik edib. Lakin Çindən fərqli olaraq bu cırtdan dövlətlərə ünvanlanan təbriklər daha geniş və daha ayrıntılıdır.

ABŞ-ın Çini belə sözgəlişi təbrik etməsi təsadüfdürmü? Təbii ki, deyil. Çünki Çin başda uyğur türkləri olmaqla işğal altında tutduğu xalqlara münasibətdə faktiki soyqırım tətbiq etməsilə dünyanın, o cümlədən də ABŞ-ın qınağına tuş gəlir. Bir sıra dövlətlərdə, o cümlədən də ABŞ-da Çinin uyğurlara qarşı insanlıq dışı əməlləri məhz soyqırım kimi tanınır. Ona görə də xəritədə belə tapılması çətin olan Palau və Tuvalu kimi dövlətlərə ünvanlanan təbriklər Çin kimi bir dövlətə ünvanlanan təbrikdən daha sanballıdır…

Mission News Theme by Compete Themes.