Press "Enter" to skip to content

Sentyabrın 30-da Milli Məclisin payız sessiyası başlayır

Milli Məclis

Bayraqdar.info – Sessiyanın sentyabrın 30-da keçiriləcək ilk plenar iclasının gündəliyinə 15 məsələ daxil edilib.

Xəbər bayraqdar.info-ya sentyabrın 29-da Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilib.

Xəbərdə bildirilir ki, aşağıdakı məsələlər müzakirə ediləcək:

MM-in 2021-ci il payız sessiyasının qanunvericilik işləri planı, Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar MM-in bəyanatı, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanununun layihəsi (ikinci səsvermə);

“Azərbaycan Hökuməti ilə BMT-nin Əhali Fondu arasında məktublar mübadiləsi formasında bağlanmış Sazişin təsdiq edilməsi haqqında” qanun layihəsi;

“Azərbaycan ilə Türkiyə arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiqi;

Vergi Məcəlləsinə, “Gömrük tarifi haqqında”qanunlara dəyişiklik edilməsi layihələri;

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanununda dəyişiklik;

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik;

“Dövlət rüsumu haqqında” qanun layihəsi (üçüncü oxunuş);

Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş);

Valyuta tənzimi, kredit ittifaqları, banklar, poçt, mühasibat uçotu, sığorta fəaliyyəti, bank olmayan kredit təşkilatları, investisiya fondları, qiymətli kağızlar bazarı və kredit büroları haqqında qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri (birinci oxunuş);

“Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);

Mülki Məcəllədə müflisləşmə və iflas, icra, banklar, teatr və teatr fəaliyyəti, sığorta fəaliyyəti, ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi və məşğulluq haqqında qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

Parlamentin komitələrinin iclaslarının keçirilməsinə isə sentyabrın əvvəlindən başlanılıb.

MM-dən qeyd edilib ki, payız sessiyası dekabrın 30-dək davam edəcək.

Mission News Theme by Compete Themes.