Press "Enter" to skip to content

Rusiya ATƏT-in əsas tədbirini əngəllədi, ABŞ bəyanat verdi

ABŞ Dövlət Departamenti

Bayraqdar.info – ABŞ Dövlət katibi Entoni Blinken ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun sentyabrın 27-nə nəzərdə tutulmuş illik toplantısının baş tutmamasıyla bağlı bəyanatla çıxış edib.

ABŞ Dövlət Departamentindən bayraqdar.info-ya sentyabrın 29-da daxil olan xəbərə görə, tədbirin baş tutmamasının səbəbkarı Rusiyadır.

Dövlət katibinin bəyanatından bəlli olur ki, Varşavada öz işinə başlamalı olan toplantı Rusiyanın əngəlləməsi üzündən baş tutmayıb.

E.Blinken bununla bağlı təəssüfünü qeyd edib və Rusiyanın insan haqları sahəsində araşdırmaları əngəlləməsindən dərin rahatsızlıq ifadə edib.

Bəyanatda 1975-ci ildə “Helsinki yekun aktı”nın qəbul edilməsindən bu yana ATƏT-in insan haqları məsələlərinə ciddi diqqət yetirdiyi vurğulanır. O da bildirilir ki, ATƏT ABŞ da daxil olmaqla bütün ölkələrdə insan haqlarının durumunu açıq şəkildə müzakirə etmək üçün fəaliyyət göstərir.

Qeyd edək ki, ATƏT-in sözügedən qurumunun illik toplantılarında dövlətlərlə yanaşı vətəndaş cəmiyyəti təmsilçiləri də iştirak edir. Burada bütün insan haqları məsələləri açıq müstəvidə müzakirə edilir. Azərbaycan dövləti, eləcə də vətəndaş cəmiyyəti bu toplantılarda fəal iştirak edir.

Mission News Theme by Compete Themes.