Press "Enter" to skip to content

Məktəblilər arasında “Zəfər yolu” inşa müsabiqəsi keçirilir

Bayraqdar.info – Ümumi təhsil müəssisələrinin VIII-XI sinif şagirdləri arasında “Zəfər yolu” inşa müsabiqəsinə başlanılıb.

Xəbər bayraqdar.info-ya sentyabrın 29-da Təhsil Nazirliyindən verilib.

Xəbərdə deyilir ki, “İnşa müsabiqəsi Təhsil Nazirliyi, Heydər Əliyev Fondu və Qarabağ Dirçəliş Fondunun birgə təşkilatçılığı ilə keçirilir.

“Müsabiqə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil olunub.

“Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd ölkənin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqinin aparılması, Azərbaycan Ordusunun tarixi qələbəsi barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, habelə, Zəfər Gününün ölkənin təhsil müəssisələrində yüksək səviyyədə qeyd olunmasını təmin etməkdən ibarətdir”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.