Press "Enter" to skip to content

Giriş üçün 18+ yaş, bir də COVID-19 pasportu

COVID-19 yoxlanışı

Bayraqdar.info – Nazirlər Kabinetinin qərarına uyğun olaraq, oktyabrın 1-dən etibarən mədəniyyət obyektləri – kinoteatrlar, teatrlar və konfrans zalları, istirahət və əyləncə məkanları, həmçinin, uşaq əyləncə məkanları (bulvar və parkların ərazisində olanlar daxil), habelə, iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin fəaliyyəti saat 00:00-dək bərpa edilir.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev öz sosial media hesabında bununla əlaqədar bildirib: “İstirahət və əyləncə, həmçinin uşaq əyləncə məkanları kateqoriyasına kompüter-oyun (PlayStation) zal və salonları da daxildir.

“Bu sahələrin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə bilərlər. Yaşı 18-dən yuxarı olmayan şəxslərdən isə COVID-19 pasportu tələb edilmir. Müəyyən səbəblərdən peyvənd oluna bilməyən şəxslər COVID-19 pasportunun tələb edildiyi məkanlara infeksiya əleyhinə peyvəndə əks göstəriş sertifikatı ilə daxil ola bilərlər.

“Fəaliyyəti bərpa olunan digər qapalı məkanlarda olduğu kimi, kompüter-oyun (PlayStation) zal və salonlarında tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə, sosial məsafənin qorunması və əl gigiyenası kimi ümumi qaydalara, habelə tətbiq edilən digər tələblərə riayət olunmalıdır. Bununla bağlı müvafiq nəzarət tədbirlərinin icrası diqqətdə saxlanılacaq, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkarlandığı hallarda fiziki və hüquqi şəxslər uyğun olaraq inzibati məsuliyyətə cəlb ediləcəklər.

“COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri üzrə fəaliyyət göstərən məkanlarda qeydə alınan pozuntu hallarına görə məkan sahibi birbaşa cavabdehlik daşıyır”.

Mission News Theme by Compete Themes.