Bayraqdar.info – “Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən 1 oktyabr tarixindən etibarən ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatı tələb oluncaq.”
Bu məlumatı sentyabrın 28-də Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev sosial şəbəkədəki hesabında yazıb.
O bildirib ki, stasionar postlarda xidmət aparan yol-patrul xidməti (YPX) əməkdaşları tərəfindən seçmə üsulu ilə bu fəaliyyət sahəsi ilə məşğul olan sürücülərin COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatının olub-olmaması yoxlanılacaq.