Press "Enter" to skip to content

Təhsil İnstitutunun layihəsi davam edir

Bayraqdar.info – Təhsil İnstitutunun Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə həyata keçirdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsi çərçivəsində keçirilən tədbirlər davam edir.

Bu barədə sentyabrın 28-də bayraqdar.info-ya Təhsil Nazirliyindən bildirilib.

“Layihə çərçivəsində həyata keçirilən növbəti tədbir “İnklüziya mədəniyyətinin formalaşdırılması”na həsr edilib. Belə ki, Bakı, Sumqayıt, Gəncə, Şirvan şəhərlərində, Şəki, Quba və Qazax rayonlarında inklüziv siniflər təşkil olunan məktəblərdə şagirdlər və onların valideynləri ilə ayrı-ayrılıqda görüşlər keçirilib. Ümumilikdə 151 şagird və 145 valideynin iştirak etdiyi görüşlər zamanı şagirdlərlə müxtəlifliyə tolerantlıq mövzusuna toxunulub və interaktiv məşğələlər təşkil edilib. Valideynlərlə isə inklüzivlik, inklüziv təhsilin əhəmiyyəti, hüquqi bazası və dəyərləri, əlilliyin tibbi və sosial modeli, həmçinin əlilliklə bağlı düzgün terminologiya və valideynlərin inklüziv təhsildə rolu kimi mövzular müzakirə olunub.

“İnklüziv siniflərdə tədrisin keyfiyyətinin təmin edilməsi məqsədilə layihə çərçivəsində mentorluq xidmətinin göstərilməsi də nəzərdə tutulub.” Xəbərdə belə deyilir.

Mission News Theme by Compete Themes.