Bayraqdar.info – Müdafiə Nazirliyinin dəstəyi və “Əsgərə xatirə kitabı” layihəsinin təşkilatçılığı ilə Qəbələ şəhərində “Anım günü” tədbiri keçirilib.
Bu barədə bayraqdar.info-ya sentyabrın 28-də Müdafiə Nazirliyindən xəbər verilib.
Xəbərdə qeyd edilir ki, tədbir şəhid ailələrinin, qazilərin, rayon icra hakimiyyəti nümayəndələrinin və rayon ictimaiyyətinin iştirakı ilə Şəhidlər xiyabanının ziyarət olunması ilə başlayıb.
“Əvvəlcə Ümummilli lider Heydər Əliyev və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin ruhuna dualar oxunub. Dövlət himni ifa olunub.
“Qəbələ Dövlət Peşə Təhsil mərkəzində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və döyüşlərdə yaralanmış qazilərlə Vətən müharibəsinin ildönümü ilə əlaqədar görüş keçirilib.
“Tədbirlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında keçirilən “Dəmir yumruq” əməliyyatı nəticəsində rəşadətli Ordunun qazandığı şanlı qələbənin tarixi əhəmiyyəti, xalqımızın qələbədə rolu, şəhidlərin və döyüş iştirakçılarının igidlik, qəhrəmanlıq nümunələri haqqında ətraflı söhbətlər aparılıb, şəhidlərin yaddaşlarda əbədi yaşayacağından danışılıb”, – deyə qeyd edilib.