Bayraqdar.info – Dünyanın hər yerində olduğu kimi Güney Azərbaycanda da 27 sentyabr Anım Günündə Azərbaycan Respublikası ilə həmrəylik bəyan edilib. Bununla bağlı bayraqdar.info-ya daxil olmuş Güney Azərbaycan Qurumları Əməkdaşlıq Qurulunun yaydığı bəyanatı təqdim edirik:
“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dahi rəhbərliyi ilə erməni təcavüzünə qarşı başlanan hərbi əməliyyatlar nəticəsində işğal olunmuş torpaqların böyük hissəsi ana Vətənə geri qaytarıldı. 44 günlük İkinci Qarabağ savaşında Azərbaycanın igid əsgərləri, gizirləri və zabitləri öz canlarını qurban verərək 30 illik erməni işğalına son qoydu. Azərbaycan əsgəri beynəlxalq təşkilatların, o cümlədən mənasız qətnamələr qəbul edən BMT-nin 30 il çözə bilmədiyi münaqişəni həll etdi.
“Bu müqəddəs Vətən savaşında şəhid olan, yaralanan, 30 ildə erməni işğalına və cinayətkarlığına məruz qalan hər kəsi hörmətlə yad edirik. Azərbaycanın mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tuturuq.
“İran-fars rejiminin Azərbaycan Cümhuriyyətinin sınırlarına ordu yığmasını və bəzi yetkililərin Azərbaycana qarşı uyğunsuz çıxışlarını şiddətlə qınayırıq.
“Biz Güney Azərbaycan Milli Hərəkatına daxil olan təşkilatlar olaraq hər zaman və hər yerdə Azərbaycan dövlətçiliyinin yanındayıq və onu hər cür təhlükələrdən qorumağa hazırıq”.
Bəyanatı Güney Azərbaycan Qurumları Əməkdaşlıq Qurulunun üzvü olan 9 təşkilat imzalayıb:
1. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC)
2. Azərbaycan Mərkəz Partiyası (AMP)
3. Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
4. Azərbaycan Öyrənci Hərəkatı (AZÖH)
5. Güney Azərbaycan Demokrat Partiyası (GADP)
6. Güney Azərbaycan İstiqlal Partiyası (GAİP)
7. Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)
8. Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)
9. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB).
[…] İslam Cümhuriyyətinin təcavüzkar Ermənistana qucaq açmasına sərt reaksiya verərək ortaq açıqlama […]