Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyəti Cümhurbaşqanı Ersin Tatar Nyu York ziyarəti çərçivəsində BMT Baş katibi Antonio Guterreşlə görüşdən sonra üçlü yeməyə də qatılıb.
KKTC Cümhurbaşqanlığından verilən xəbərə görə, yeməyi BMT Baş katibi təşkil edib. Yeməkdə Güney Kıbrıs rum yönətiminin rəhbəri Nikos Anastasiadis də iştirak edib.
İki saat çəkən yeməyin ardından E.Tatar media mənsublarına açıqlama verib.
O, açıqlamasında bir daha vurğulayıb ki, KKTC yalnız iki suveren dövlətin bərabər şəkildə tanınması təklifinin üzərində durur.
KKTC Cümhurbaşqanı əlavə edib ki, onun bu mövqeyinə BMT Baş katibinin də sıcaq yanaşdığı müşahidə edilib.
“Baş katib də çıxışlarında bunu deyir; Quzeydə bir dövlət var. Bu dövlətin tam təşəkküllü qurum və quruluşları var. Dolayısıyla bizim bu saatdan sonra öz dövlətimizdən geri addım atmağımız müzakirə mövzusu belə deyil”, – deyə E.Tatar bildirib.
E.Tatar əlavə edib ki, BMT Baş katibinin Təhlükəsizlik Şurasında bu məsələni məhz belə qoyması lazımdır: “Ondan sonra biz masaya oturub qalan məsələləri də müzakirə edə bilərik. Lakin rum tərəfi bunu qəbul etmir. Yəni bizim suverenliyimizi qəbul etmək istəməyən bir zehniyyətlə qarşı-qarşıyayıq”.