Press "Enter" to skip to content

Azərbaycanın Qazaxıstandakı səfirliyində Anım Günü tədbiri

Bayraqdar.info – Sentyabrın 27-də Azərbaycanın Qazaxıstandakı səfirliyində Anım Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Qazaxıstanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri, hərbi attaşelər, Beynəlxalq Türk Akademiyasının nümayəndəsi, diaspor və media təmsilçiləri iştirak eib.

Xəbəri bayraqdar.info-ya jurnalist Aida Eyvazlı verib.

Tədbir iştirakçıları şəhidlərin əziz xatirəsini yad eərək səfirliyin önündəki guşəyə əklil və gül dəstələri qoyub. Ardından isə bir dəqiqəlik sükutla şəhidlərin xatirəsi yad edilib.

Astana vaxtıyla saat 12:00-da Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına müraciəti tədbir iştirakçıları tərəfindən izlənilib.

“Səfirliyin nümayəndəsi Anar Hüseynzadə tədbir iştirakçılarını hazırda Qazaxıstanın Türkistan şəhərində keçirilən Türkdilli Ölkələrin Parlament Assambleyasının 10-cu plenar iclasının işində iştirak edən Fövqəladə və Səlahiyyətli Səfir Ağalar Atamoğlanovun adından salamlayaraq, Ermənistanın 30 ilə yaxın davam edən təcavüz siyasəti, erməni vandalları tərəfindən onilliliklər ərzində həyata keçirilən qeyri-qanuni fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Hazırda azad olunmuş ərazilərdə Azərbaycan Höküməti tərədinfən bərpa və yenidənqurma işlərinin həyata keçirildiyini, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün öz evlərinə təhlükəsiz və ləyaqətli dönüşünü, bu torpaqların reinteqrasiyasını təmin etmək üçün ardıcıl addımlar atıldığını qeyd edən A.Hüseynzadə, bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin olunması istiqamətində müvafiq tədbirlərin görüldüyünü tədbir iştirakçıların diqqətinə çatdırmışdır”, – deyə xəbərdə bildirilir.

Tədbir zamanı Azərbaycanın Qazaxıstandakı diaspor nümayəndələrinin, Beynəlxalq Türk Akademiyasının nümayəndəsinin və “Aykın” qazetinin baş redaktorunun müavini çıxış edib.

Tədbirdə Anım Gününə həsr olunmuş və 44 günlük Vətən müharibəsinə həsr olunmuş videoçarx və “BİZ” sənədli filmi nümayiş etdirilib.

Tədbirin yekununda qonaqlar erməni vəhşiliklərini əks etdirən fotosərgi ilə tanış olub.

Mission News Theme by Compete Themes.