Bayraqdar.info – Sentyabrın 28-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də daxili auditor təlimi təşkil edilib. ASCO-nun rəhbər işçiləri və mütəxəssislərinin iştirakı ilə keçirilən təlim üç gün davam edib.
Bu barədə xəbər sentyabrın 28-də bayraqdar.info-ya “Xəzər Dəniz Gəmiçiliyi”ndən verilib.
“Büro Veritas” şirkətinin mütəxəssisi, təlimçi Cəlal Quliyev iştirakçılara ISO 45001:2018 beynəlxalq standartı, risk qiymətləndirmə prosesi, peşə sağlamlığı və əməyin təhlükəsizliyi idarəetmə sistemi və siyasətinin yoxlanılması barədə məlumat verib. Daha sonra o, beynəlxalq standartların və təşkilatın müəyyənləşdirdiyi tələblərə uyğunluğun qiymətləndirilməsi, auditin planlaşdırılması, hazırlanması və aparılması haqqında geniş danışıb.
“Təlimin sonunda keçirilən mövzular üzrə imtahan təşkil olunub. İmtahanda uğurlu nəticə göstərənlərə sertifikat təqdim edilib”, – deyə xəbərdə qeyd edilir.