Bayraqdar.info – Rum Ortodoks azlığına mənsub gənclərin İstanbula yerləşməyi tələb etməsi 60 min Batı Trakya əsilli türkün də Yunanıstandan vətəndaşlıq tələbini gündəmə gətirməsinə səbəb olub.
Bununla bağlı xəbəri Batı Trakyada yayımlanan Birlik Gazetesi yayıb.
Qəzetin “İstanbul Rumları Ekümenik Federasyonu İstanbula yerləşmək istəyən və oradakı rum Ortodoks azlığa qatılmaq istəyən yunan gənclərə yardım edir” xəbərindən sonra məsələyə Avropa Batı Trakya Türkləri Federasyonu başqanı Halit Habip Oğlu münasibət bildirib. O, “haqsız bir şəkildə vətəndaşlıqdan çıxarılan 60 min Batı Trakya türkünə vətəndaşlığın geri qaytarılmısını istəyirik”, – deyə bildirib.
“1923 Lozan Barış Anlaşması ilə bəlirlənən qarşılıqlılıq əsası çərçivəsində ölkəmiz Yunanıstandakı Batı Trakya türk toplumu ilə ana Vətənimiz Türkiyədəki rum Ortodoks azlığa eyni haqlar tanındı və qədərləri birlikdə cızıldı.
“Ana Vətənimiz özəlliklə son illərdə qarşılıqlılıq əsasının da ötəsinə keçib rum Ortodoks azlığın haqlarını nəzərə alaraq daha da yaxşılaşdırmaqdaykən ölkəmiz bunun tam tərsi olaraq bizlərin haqlarını gəsb edən bir çox siyasət və qanunu həyata keçirdi. Bunlardan birisi insan və azlıq haqlarını heçə sayan və 1955-dən 1988-ə qədər yürürlükdə qalan “Yunanıstan vətəndaşlıq qanunu”nun 19-cu maddəsiydi.
“Batı Trakya türklərini tamamən əritmə və yox etməyi məqsəd qoyan müzakirə mövzusu qanuna görə, yunan etnik kökənindən olmadıqları əsas tutularaq 60 min Batı Trakya türkü Yunanıstan vətəndaşlığından məhrum edildi. Vətəndaşlıqdan çıxarılan minlərlə Batı Trakya türkü Avropa Birliyi vətəndaşlığını itirdi, çeşidli sosial və siyasi haqlarından məhrum olundu.
“İstanbul Rumları Ekümenik Federasyonu ana Vətənimiz ilə təmas halında yürütdüyü proqramla yunan gənclərin İstanbula yerləşərək oradakı rum Ortodoks azlığa qatılmalarını təşviq edir. Bizlər də ölkəmizdən ana Vətənimizi örnək alaraq “Yunanıstan vətəndaşlıq qanunu”nun ləğv edilmiş 19-cu maddəsi gərəyincə haqsız bir şəkildə vətəndaşlıqdan çıxarılan 60 min Batı Trakya türkünə vətəndaşlığın geri qaytarılmasını istəyirik”, – deyə o, bildirib.