Press "Enter" to skip to content

Beynəlxalq Türk Akademiyası prezidentindən Azərbaycanın Anım Gününə

Son yeniləmə: 27 Sentyabr 2021 15:32

Bayraqdar.info – “Bu gün qurucu üzvlərimizdən olan Azərbaycan Respublikası 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş vətən övladlarını dərin ehtiram və minnətdarlıqla anır.

“Müzəffər Azərbaycan Ordusunun Prezident İlham Əliyevin rəhbərliyi ilə yazdığı möhtəşəm tarix, Azərbaycanın inkişafı və çiçəklənməsi, bölgədə davamlı sülh və təhlükəsizliyin təmin edilməsi baxımından əhəmiyyətli hadisə oldu.

“Türk Akademiyası hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini və ərazi bütövlüyünü dəstəkləmiş, 44 gün ərzində dinc əhaliyə edilən hücumları şiddətlə pisləmiş, Vətən Müharibəsində Azərbaycanın yanında olduğunu bəyan etmişdir. Müharibə dövründə Qarabağla bağlı xüsusi məlumatların, önəmli sənədlərin yer aldığı kitab hazırlayaraq çap etmiş və bu beynəlxalq təşkilat tərəfindən Qarabağla bağlı buraxılmış ilk kitab olmuşdur.”

Bu sözlər Beynəlxalq Türk Akademiyasının Prezidenti Darxan Kıdırəliyə məxsusdur. Azərbaycanda qeyd edilən Anım Günü münasibətilə Akademiya Prezidentinin bu açıqlaması BTA-nın rəsmi səhifəsində yayımlanıb.

Açıqlamasında o, bu vacib gündə Türk Akademiyası olaraq bütün Türk dünyası ilə birlikdə qardaş Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidləri dərin hörmət və ehtiramla anır, qazilərə Allahdan şəfa dilədiyini bildirib.

Mission News Theme by Compete Themes.