Press "Enter" to skip to content

“Üzeyir Hacıbəyliyə ithaf” beynəlxalq müsabiqəsinin yekun konserti

Son yeniləmə: 24 Sentyabr 2021 17:45

Bayraqdar.info – Beynəlxalq Muğam Mərkəzində ABŞ-da təşkil edilən “Üzeyir Hacıbəyliyə ithaf” beynəlxalq müsabiqəsinin yekun konserti baş tutub.

Tədbirdə Mədəniyyət naziri Anar Kərimov, Türkiyənin Azərbaycandakı səfirinin müavini Barış Sayqın, Kolumbiyanın Azərbaycandakı səfiri, İsrailin Azərbaycandakı səfirinin müavini, Qazaxıstanın və Britaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər.

Xəbər bayraqdar.info-ya sentyabrın 24-də Mədəniyyət Nazirliyindən daxil olub.

Xəbərdə qeyd edilib ki, konserti açıq elan edən əməkdar artist Nərgiz Əliyarova müsabiqənin tarixindən bəhs edib. O, proqramda yer alan əsərlər barədə məlumat verib.

Müsabiqənin münsiflər heyətinin sədri, Xalq artisti Firəngiz Əlizadə müsabiqədəki əsərləri böyük sevgi ilə ərsəyə gətirdiyini bildirib.

“Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov komitə adından təşkilatçılara təşəkkürünü bildirib. Prezidentin tapşırığı ilə xaricdə yaşayan soydaşlarımıza dəstək göstərildiyini xüsusi vurğulayıb. Mədəniyyət sahəsində təbliğ olunan istiqamətlərdən, onların həyata keçirilməsində bir neçə qurumun əməyinin vacibliyindən danışıb.

“Türkiyənin Azərbaycandakı səfirinin müavini B.Sayqın çıxışında tarixi zəfərimizin ardından baş tutan bu gözəl tədbirdə iştirak etməkdən məmnunluq duyduğunu qeyd edib.

“Tədbirdə Paris, İsrail, Kolumbiya, Türkiyə, Qazaxıstan, Britaniya, eləcə də azərbaycanlı laureat və diplomantlara mükafatlar təqdim olunub.

“Azərbaycan Dövlət Simli Kvarteti, Azərbaycan Dövlət Fortepiano Triosu, “cadeNZa” ansamblı, Nərgiz Əliyarova (piano), Gülnaz İsmayılova (vokal) və digər musiqiçilərin ifasında Üzeyir Hacıbəylinin və müsabiqə qaliblərinin əsərləri səslənib”, – xəbərdə belə deyilir.

Mission News Theme by Compete Themes.