Bayraqdar.info – Sentyabrın 25-də səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bu barədə sentyabrın 24-də Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidməti məlumat yayıb.
“Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur”, – deyə BŞİH xəbərdarlıq edir.