Bayraqdar.info – Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Avropa Mətbuat Şuraları Alyansının onlayn rejimdə keçirilmiş növbəti toplantısına qatılıblar.
Bu barədə bayraqdar.info-ya sentyabrın 24-də Mətbuat Şurasından xəbər verilib.
Xəbərdə qeyd edilir ki, MŞ sədri Ə.Amaşov və İH üzvü Yadigar Məmmədli tədbirin terror hücumunun media etikasına təsiri, alternativ mediada təbliğat, mediada ayrı-seçkilik, rəqəmsal xidmətlərin kütləvi informasiya vasitələrinin fəaliyyətinə təsiri, MŞ-ların müasir iş prinsiplərindəki konkret məqamlar və sair mövzulardakı müzakirələrində iştirak ediblər. Onlar mövcud xüsusda Azərbaycanda medianın hazırkı durumuna, müxtəlif hadisə və proseslərə reaksiyası tərzinə, peşə davranışı qaydalarına riayət etməsinə diqqət çəkib, Azərbaycan MŞ-nın şikayətləri araşdırma prosesindəki situasiyalar barədə söz açıblar.
Qeyd edək ki, Avropa Mətbuat Şuraları Alyansının toplantısı iki gün davam edib.