Press "Enter" to skip to content

Ersin Tatar sabah BMT Baş katibi ilə görüşəcək

Bayraqdar.info – “Cümhurbaşqanımız Ersin Tatar sabah Birləşmiş Millətlər Təşkilatının Baş katibi cənab Antonio Guteress ilə görüşəcək. Cümhurbaşqanımız, yarım əsrdən çox davam edən və Sülhməramlı Əməliyyatların ən uzun müddət mövcud olduğu Kıbrısda problemin həlli ilə bağlı fikirlərini Baş katiblə bölüşəcək.”

Bunu KKTC Cümhurbaşqanlığı sözçüsü Berna Çelik Doğruyol deyib.

KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, sözçü “Cümhurbaşqanımız Kıbrısda ədalətli, davamlı bir həllin məhz iki xalqın suveren bərabərliyi və bərabər beynəlxalq statusu əsasında təmin oluna biləcəyini izah edəcək”, – deyə əlavə edib.

Qeyd olunub ki, E.Tatarın BMT Baş katibi ilə görüşündə digər müzakirə mövzusu Antonio Guteressin dəvəti ilə sentyabrın 27-də Kıbrısın rum kəsiminin lideri Nikos Anastasiades ilə nəzərdə tutulan qeyri-rəsmi görüş barədə olacaq: “Cümhurbaşqanımız rəsmi danışıqlar olmasa belə, iki tərəf arasında əməkdaşlığın və dialoqun davam etməsinə böyük əhəmiyyət verir”.

Mission News Theme by Compete Themes.